Futbol üzrə Türkiyə Super Liqasının 2017-ci ildən yayım hüququna sahib olacaq şirkət bəlli olub.
Fanat.Az Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, bu gün keçirilən tenderin qalibi 590 milyon dollar təklif edən "Digiturk" şirkəti olub.
Bununla da, şirkət Super Liqa və 1-ci liqanın qarşıdakı 5 mövsümünün (2017/2018, 2018/2019, 2019/2020, 2020/2021 və 2021/2022) yayımı hüququna sahib çıxıb.
Qeyd edək ki, "Digiturk" 2010-cu ildə keçirilmiş 321 milyon dollar ödəyərək tenderin qalibi olmuşdu.
Fanat.Az