Nazir: "Avstriya Qarabağda sülh prosesini dəstəkləməyə hazırdır"

Nazir: "Avstriya Qarabağda sülh prosesini dəstəkləməyə hazırdır"
13:27 21 Noyabr 2016
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Avstriya ATƏT-in gələcək sədri kimi Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Minsk prosesini dəstəkləməkdə davam edəcək.

Milli.Az xəbər verir ki, Trend-in RİA Novosti agentliyinə istinadən məlumatına görə, bu sözləri Avstriyanın xarici işlər naziri Sebastyan Kurts deyib.

ATƏT sədrliyi 2017-ci il yanvarın 1-dən Avstriyaya keçəcək.

Nazir qeyd edib ki, Avstriya münaqişənin sülh yolu ilə həll olunması üçün tərəflərlə əməkdaşlıq etməyə hazırdır:

"Hələlik hansısa təşəbbüslər barədə danışmaq tezdir. Hər şey regionda hadisələrin inkişafından asılı olacaq. Gələn il Vyana sammitin keçiriləcəyi şəhər olacaq və biz danışıqları qəbul etməyə hazırıq".

Nazirin sözlərinə görə, ölkə ATƏT-in Minsk qrupunun üzvü olmasa da, bu prosesə öz dəstəyini göstərməyə hazırdır. O, münaqişənin hərbi yolla həllinin mümkün olmadığını da deyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/491477.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR