Bir neçə villa, elit mənzillər, torpaq sahələri... - 2 milyonla tutulan nazirin VARİDATI

Bir neçə villa, elit mənzillər, torpaq sahələri... - 2 milyonla tutulan nazirin VARİDATI
13:37 21 Noyabr 2016
103 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın 2 milyon dollar rüşvət aldığına görə həbs edilən keçmiş iqtisadi inkişaf naziri Aleksey Ulyukayev kifayət qədər zəngin yaşayırmış.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, hazırda ev dustaqlığında olan keçmiş nazirin Moskva ətrafında bir neçə malikanəsi, torpaq sahələri və Moskvanın elit yaşayış komplekslərində mənzilləri var. Əgər Ulyukayev həmin əmlakın qanuni yollarla əldə edildiyini sübut edə bilməsə istintaq onları müsadirə edəcək.

Hazırda keçmiş nazir Moskvanın "Qızıl açarlar-2"  elit yaşayış kompleksində yerləşən mənzilində ev dustağıdır. Həmin kompleksi 2000-ci illərin əvvəllərində qalmaqallı biznesmen Sergey Polonskinin "Miraks" şirkəti inşa edib. Həmin vaxt o, Moskvada milyonçular üçün nəzərdə tutulmuş ilk yaşayış kompleksi idi. Bu kompleksdə mənzillərin qiyməti 620 min dollardan başlayıb 6.5 milyon dollara qədər artır. Ulyukayevin mənzili təxminən 1.8 milyon dollardır. Həmin mənzili hələ Mərkəzi Bankın sədr müavini olanda alıb.

Keçmiş nazirin 33 yaşlı isə onun qonşuluğunda, deputatlar üçün tikilmiş kompleksdə təxminən 1.8 milyon dollarlıq mənzildə yaşayır. Ulyukayevin adına Moskva ətrafında içərisində kotteclər olan iki torpaq sahəsi qeydiyyatdadır. Həmin torpaq sahələri milyonçular yaşayan elit villaların ərazisində yerləşir. İki kottecin dəyəri 3 milyon dollardan çoxdur. Hazırda orada keçmiş nazirin qohumları yaşayır, Ulyukayev özü isə çoxdandır oralarda görünmürdü.

Keçmiş nazirin Moskva ətrafında, Kratovo qəsəbəsində daha iki torpaq sahəsi var, ancaq orada tikili yoxdur. Bu torpaq sahələrinin qiyməti 400 min dollara yaxındır. Ulyukayvin daha bir mənzili Moskvanın Ramenki rayonunda tapılıb. Habelə onun atasının adına Moskva ətrafındakı "Yasenki" kotteclər qəsəbəsində torpaq sahəsi var.

İstintaqdan bildiriblər ki, hazırda bu əmlakların hansı pullarla alındığı araşdırılır. Son vaxtlar Rusiyada korrupsioner məmurlar tutulanda onların təkcə öz əmlakları yox, qohumlarının adlarına olan əmlaklar da araşdırılır. Əgər bu aktivlərin qanuni yolla əldə edildiyi sübut olunmasa onları dövlətin xeyrinə müsadirə edirlər.

Xatırladaq ki, Ulyukayev "Rosneft" şirkətindən 2 milyon dollar rüşvət alarkən tutulub. O, Rusiya tarixində rüşvətə görə tutulan ən iri məmurdur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/491507.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR