"Tureni iştirak ərizəsinə daxil etmədiyim üçün peşman deyiləm"

"Tureni iştirak ərizəsinə daxil etmədiyim üçün peşman deyiləm"
13:52 21 Noyabr 2016
73 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Siti"nin "Kristal Palas" üzərindəki qələbəsində əsas pay sahibi olan Yaya Ture Çempionlar Liqasının iştirak ərizəsinə salına bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bunu komandanın çalışdırıcısı Xosep Qvardiola deyib.

"Qərar verəndə səhv edə bilərəm. Mənimlə razılaşmayan kəslərin də fikrinə hörmətlə yanaşıram. Yaya ilə çox danışmışam. Birlikdə "Barselona"da işləmişik. Onu bir insan kimi də çox yaxşı tanıyıram. Turenin bacarığına şübhəm yoxdur. Əks halda indi bu klubda olmazdı. "Siti" Çempionlar Liqasının pley-off mərhələsinə çıxsa, məşqçilər heyəti kimin bizə daha çox kömək edəcəyi barədə qərar verəcək. Mövsümün əvvəlində Tureni iştirak ərizəsinə daxil etmədiyim üçün peşman deyiləm".

Turenin uzun müddət heyətdə kənarda qalması onun agenti Dmitri Selyukla Qvardiola arasındakı konflikt idi. Katalon mütəxəsis Selyukdan üzxhalıq gəlməyincə Tureni meydana buraxmayacağını demişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/491470.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR