Bolqarıstan millisinin üzvü Azərbaycan klubunda?

Bolqarıstan millisinin üzvü Azərbaycan klubunda?
14:12 21 Noyabr 2016
72 İdman
Ölkə mətbuatı
A- A+

Bolqarıstanın "Levski" klubunun futbolçusu Georgi Kostadinov karyerasını Azərbaycanda davam etdirə bilər. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Bolqarıstanın "Meridian Match" nəşri xəbər yayıb. 
 
Bildirilir ki, 26 yaşlı yarımmüdafiəçi Azərbaycan və Qazaxıstan klubundan təklif alıb.

"Levski" mövsümün sonunda sözləşməsi başa çatacaq futolçuya yeni müqavilə təklif etməyi planlaşdırır.
Ancaq Kostadinov gələn təkliflər haqda düşünəcəyini deyib.
 
Qeyd edək ki, Kostadinov bu il Bolqarıstan millisinə cəlb olunub və yığmada bir oyun keçirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/491524.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR