Bakı. 21 noyabr. REPORT.AZ/ Əfqanıstanda məscidə hücum nəticəsində azı 27 nəfər ölüb, 35 nəfər yaralanıb.
“Report” “Tolo News”a istinadən xəbər verir ki, hücum ölkə paytaxtı Kabilin Çahar Qala rayonunda baş verib.
Terrorçu-kamikadze özünü məscidin içində partladıb.
Ölənlər arasında uşaqların da olduğu bildirilir.