Azərbaycanda daha 84 dövlət əmlakı hərraca çıxarılıb

Azərbaycanda daha 84 dövlət əmlakı hərraca çıxarılıb
14:22 21 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 21 noyabr. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dekabrın 20-də yeni hərrac keçirəcək.
Komitədən "Report"a verilən xəbərə görə, bu hərraca ümumilikdə 84 dövlət əmlakı olmaqla 23 səhmdar cəmiyyəti, 26 kiçik dövlət müəssisə və obyekti, 32 istifadəsiz qeyri-yaşayış sahəsi və 3 nəqliyyat vasitəsi çıxarılıb.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti altındakı torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Daşkəsən, Lənkəran, Tərtər, Şəmkir, Qobustan, Zaqatala və digər rayonlarında yerləşir. Hərraca çıxarılan müəssisələr sırasında “Çinar” soyuducular zavodunun Şəmkir filialı, Zaqatala Barama Toxumu Zavodu, Maşın Meliorasiya Stansiyası kimi iri dövlət obyektləri var.
Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək ilkin satış qiyməti paytaxtın Nizami rayonunda yerləşən təsərrüfat hesablı təmir-tikinti sahəsidir. Bu müəssisə 2,711 mln. manata təklif olunur, torpaq sahəsi 7 869,1 kv.metrdir. Paytaxtın Sabunçu rayonunda yerləşən və 22 239,2 kv.m torpaq sahəsi olan Maşın Meliorasiya Stansiyası isə 750 min manata təklif olunur. Bundan əlavə, paytaxtın Suraxanı rayonundakı 42 saylı mağaza 800 min manat, Sumqayıtda yerləşən 22 saylı mağaza 425 min manat, Zaqatala Barama Toxumu Zavodu 509,375 min manat start qiyməti ilə hərraca çıxarılıb.
Hərracda özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 29-u paytaxtda, qalanı isə Astara, Ağcabədi və Oğuzda yerləşir. Ən yüksək ilkin satış qiyməti Astara rayonunda yerləşən qeyri-yaşayış binasına təklif olunub. Belə ki, bu əmlak 100 min manat start qiyməti ilə hərraca çıxarılıb. Paytaxtın Nəsimi rayonunda yerləşən qeyri-yaşayış sahəsinə isə 75 min manat start qiyməti təyin olunub.
Budəfəki hərracda 23 səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30-45%-i özəlləşməyə çıxarılıb. Özəlləşdiriləcək səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Ağdaş Quşçuluq”, “Bərdə Tikinti-Quraşdırma”, “İsmayıllı Sənaye İstehsal”, “Zaqatala Fındıq”, “Şamaxı Dəmir-Beton”, “Biləsuvar Broyler” kimi səhmdar cəmiyyətlər var.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycanda-daha-84-dovlet-emlaki-herraca-cixarilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR