Azərbaycanlı hakim-inspektor UEFA Kubokunun elit-raunduna təyinat alıb

Azərbaycanlı hakim-inspektor UEFA Kubokunun elit-raunduna təyinat alıb
14:42 21 Noyabr 2016
40 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 21 noyabr. REPORT.AZ/ Beynəlxalq dərəcəli hakim-inspektor, AFFA-nın beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Murad Məmmədov yeni təyinat alıb. 
"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, M.Məmmədov futzal üzrə UEFA Kubokunun elit-raund mərhələsinin C qrupunda keçiriləcək oyunların hakim-inspektoru olacaq. Bu qrupda İspaniyanın “İnter”, Çexiyanın “Xrudim”, Serbiyanın “Ekonomak” və Sloveniyanın “Brejye Maribor” komandaları yer alıb.
Oyunlar noyabrın 23 - 26-da Sloveniyanın Maribor şəhərindəki "Dvorana Tabor" arenasında keçiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycanli-hakim-inspektor-uefa-kubokunun-elit-raunduna-teyinat-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR