Qriqorçuk Veyleri qabaqlayacaq

Qriqorçuk Veyleri qabaqlayacaq
14:47 21 Noyabr 2016
60 İdman
Ölkə mətbuatı
A- A+

Noyabrın 24-də UEFA Avropa Liqasının qrup mərhələsinin V turunun oyununda “Qəbələ” Belçikanın “Anderlext” komandasını qəbul edəcək.


Fanat.Az  xəbər verir ki, “Bakcell Arena”da baş tutacaq “Qəbələ” – “Anderlext” matçı öncəsi baş məşqçilərin mətbuat konfransı oyundan bir gün əvvəl - noyabrın 23-də saat 18:15-də arenanın media zalında start götürəcək. 


İlk olaraq jurnalistlərin önünə “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk çıxacaq. Saat 19:30-da isə Belçika klubunun baş məşqçisi Rene Veyler media nümayəndələrinin suallarını  cavablandıracaq.


Komandaların oyunöncəsi son məşqləri də “Bakcell Arena”da baş tutacaq. “Qəbələ” 19:00-da, “Anderlext” isə 20:00-da stadionun meydanında hazırlıqlarını tamamlayacaq.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qriqorcuk-veyleri-qabaqlayacaq-t54323.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR