Putin: “Bu, bütün Ukrayna üçün təhqir idi”

Putin: “Bu, bütün Ukrayna üçün təhqir idi”
14:53 21 Noyabr 2016
88 Dünya
Ölkə mətbuatı
A- A+

“Mixail Saakaşvilinin qubernatorluğu Odessa sakinləri və bütün Ukrayna xalqı üçün təhqir idi”.

Publika.az ”RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu amerikalı rejissor Oliver Stounun çəkdiyi “Ukrayna od içində” filmi üçün verdiyi müsahibədə Rusiya prezidenti Vladimir Putin deyib.

“Bu sadəcə, Odessa sakinlərinə və bütün Ukrayna xalqına təhqirdir. ABŞ-da hətta ona işçi vizanı vermədilər. İşə düzəlməyə çalışdığı universitetlər onu daimi işə götürmək istəmədilər”, - Saakaşvilinin təyinatını şərh edən Putin bildirib.

Xatırladaq ki, Saakaşvili noyabrın 7-də Odessanın qubernatoru vəzifəsindən istefa verib. O, həmçinin Ukrayna prezidenti Pyotr Poroşenkonu regionda cinayətkar qruplaşmaları himayə etməkdə ittiham edib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/176774.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR