Nazimlə Elton arasında pul davası - video

Nazimlə Elton arasında pul davası -  video
15:26 21 Noyabr 2016
114 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Nazim Məmmədovla Elton Hüseynəliyev arasında qalmaqal yaşanıb.

Axşam.az-ın məlumatına görə, N.Məmmədov qarşı tərəfə mahnı verdiyini, amma pulunun ödənmədiyini söyləyib:

“Alətləri ifa edənlərin cibinə pul qoyulmalıdır. Aranjiman üçün Türkiyəyə pul göndərilməlidir. Bunu cibimdən ödəməli deyiləm ki”.

E.Hüseynəliyev həmkarının sözlərinə əsəbiləşib. O bildirib ki, onun açıqlamasından sonra dostluq münasibətlərini bitirib.

E.Hüseynəliyev Nazimi onunla özünü reklam etməkdə günahlandırıb:

“Nazim beş manat istəyib, on vermişəm. Bunu ictimailəşdirməyə gərək yox idi. Ona cavab verməyə ehtiyac yoxdur. Bundan sonra dostluğumuzun davam etməsi mümkün deyil. Mənimlə özünü reklam etmə. Mənlə birlikdə çox müğənni səni reklam etdi. İndi həyatını yaşa da. Sən mənə söz atmaqla, nəyisə ictimailəşdirməklə nə olacaq? Hamı yaxşı bilir ki, Elton əliaçıqdır. İnsanın borcu olar da, eyib deyil. Mən heç kimin pulunu ödəməyib, pis vəziyyətdə qoymaram. Özüdə mahnı tam ərsəyə gələndən sonra pulu ödənilir. Onun mənə verəcəyi mahnının heç on faizi hazır deyildi. Mənə göndərdi, ritmi bəyənmədim. Ondan əvvəl Nazimlə elə bir mahnı işlədik ki... O qiymətə Azərbaycanda heç kim aranjiman etmir. Kim 6 min dollar aranjimana pul ödəyir? Bu günə qədər sən mənlə iş görüb, pul qazanmısansa, gərək elə etməzdin. Bundan sonra onunla heç bir iş etməyəcəm”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61554

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR