"Qarabağ"ın 10 oyunluq seriyası

"Qarabağ"ın 10 oyunluq seriyası
15:27 21 Noyabr 2016
43 İdman
Ölkə mətbuatı
A- A+

“Qarabağ” Topaz Premyer Liqasının cari mövsümündə keçirdiyi 5-ci ev oyununda da quru hesablı qələbə qazanıb. Fanat.Az xəbər verir ki, XII turda “Kəpəz”i 1:0 hesabı ilə məğlub edən Ağdam klubu öz meydanındakı üç seriyasını davam etdirib.


10 oyundur öz meydanında qol buraxmayan Qurban Qurbanovun yetirmələri martın 30-da keçirilən “Rəvan”la matçdan (5:1) sonra qonaqlara qol sevinci yaşatmır. Bu, klubun tarixində ən uğurlu seriyadır.


Ardıcıl 14-cü ev qələbəsini qazanan “Qarabağ”ın öz meydanındakı son xal itkisi 2015-ci il dekabrın 19-na təsadüf edib. Həmin gün əyalət klubu “Qəbələ” ilə heç-heçə edib – 1:1.


2015-ci fevralın 28-də “Qəbələ”yə 0:1 hesabı ilə uduzan ağdamlılar 28 oyundur evdə məğlubiyyət acısı yaşamır.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqarabaquotn-10-oyunluq-seriyas-t54325.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR