Elnur Abdullayevin 300-cü oyunu

Elnur Abdullayevin 300-cü oyunu
15:27 21 Noyabr 2016
39 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasının XII turu “İnter”in futbolçusu Elnur Abdullayev üçün yubileylə əlamətdar olub.


Fanat.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi Azərbaycan çempionatlarında 300-cü oyununu keçirib. Yarışda ilk matçını 2001/02 mövsümündə keçirən Abdullayev bu müddətdə 18 qol vurmağı bacarıb. AZAL-la ev oyunundakı (3:0) yubileyi “İnter”in heyətində qeyd edən futbolçu bu klubadək “Turan”, “Bakı” (həm “Dinamo”, həm də “Bakı” adlandığı vaxt), “Neftçi”, AZAL (“Olimpik” adlandığı vaxt), “Muğan”, “Xəzər Lənkəran”, “Simurq”da da çıxış edib.


300-ə 8-ci klubunda çatan yarımmüdafiəçi ölkə çempionatları tarixində ən azı bu qədər matç keçirən 16-cı futbolçu olub. Elnuradək yalnız 15 oyunçu “300”ü arxada qoyub.


mövsüm klub oyun qol

2001/02 Turan (Tovuz) 1 0

2003/04 Dinamo (Bakı) 5 1

2003/04 Neftçi (Bakı) 2 0

2004/05 Bakı 20 1

2005/06 Olimpik (Bakı) 12 0

2005/06 Bakı 4 0

2006/07 Bakı 21 0

2007/08 Bakı 19 1

2008/09 Muğan (Salyan) 12 1

2009/10 Muğan (Salyan) 30 1

2010/11 Muğan (Salyan) 18 0

2010/11 Xəzər Lənkəran 11 2

2011/12 Xəzər Lənkəran 28 1

2012/13 Xəzər Lənkəran 26 2

2013/14 Xəzər Lənkəran 34 4

2014/15 Xəzər Lənkəran 14 1

2014/15 Simurq (Zaqatala) 13 1

2015/16 İnter (Bakı) 22 2

2016/17 İnter (Bakı) 8 0

  Cəmi 300 18



Fanat.Az




Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-elnur-abdullayevin-300-cu-oyunu-t54324.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR