Restoran sahibinin iştirakı ilə dava: müştəri bıçaqlandı - FOTO/VİDEO

Restoran sahibinin iştirakı ilə dava: müştəri bıçaqlandı - FOTO/VİDEO
15:43 21 Noyabr 2016
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəmkir rayonunun Keçili kəndində kütləvi dava baş verib. Dava restoranlardan birində qeydə alınıb.

Belə ki, restoran sahibi 45 yaşlı Elçin Ələsgərovla kənd sakini 21 yaşlı Ayxan Orucov arasında münaqişə yaranıb.

Ətrafdakıların davaya müdaxiləsi zamanı münaqişə kütləvi hal alıb. Bir neçə saat davam edən gərginlik nəticəsində Ayxan Orucov bıçaqlanıb. Yaralı ətrafdakıların köməyi ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və dərhal əməliyyat olunub, vəziyyəti orta-ağırdır.

Dava iştirakçıları çox olduğundan Orucova bıçaqla xəsarət yetirən şəxsin kimliyini müəyyən etmək hələ ki, mümkün olmayıb. Şəmkir Rayon Polis Şöbəsinin Kür polis bölməsinin əməkdaşları bu istiqamətdə araşdırmalarını davam etdirirlər.

Faktla bağlı cinayət işi açılıb. (ARB)




Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/176783.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR