"Putin demək istəyir ki, gəl oturaq, dərdləşək"

"Putin demək istəyir ki, gəl oturaq, dərdləşək"
15:52 21 Noyabr 2016
108 Ölkə
Ölkə mətbuatı
A- A+

Perunun paytaxtı Limada başa çatan Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı sammiti çərçivəsində ABŞ prezidenti Barak Obama ilə ayaqüstü söhbət edən Kreml sahibi Vladimir Putin Ağ ev sahibini Rusiyaya dəvət edib.

Birincisi, Barak Obama təxminən iki aydan sonra Ağ evi tərk edir. İkincisi, Putinin Obama ilə arası yoxdur, imkan düşən kimi onun ünvanına tikanlı sözlər, mesajlar, açıqlamalar göndərir, onu heç bir sözünü, vədini yerinə yetirməməkdə ittiham edir. Belədirsə, Putin niyə Obamanı Rusiyaya dəvət edib?

Milli.Az-a "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib ki, Putin bununla çox hiyləgər gediş edib:

"Aydındır ki, Barak Obama Moskvaya səfər etməyəcək, bu onun prinsiplərinə zidd olardı. Ortada Ukrayna və Suriya kimi anlaşmazlıqlar var. Sadəcə, Putin rəqibinin onsuz da Moskvaya gəlməyəcəyini bilərək, bu yolla Ağ evin gələcək sahibi Donald Trampa mesaj göndərir.

Putin demək istəyir ki, "bu gəlmək istəmir, heç olmazsa, sən Ağ evə sahib olduqdan sonra gəl Moskvaya, oturaq, dərdləşək".

İlkin İzzət

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/491559.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR