Gürcüstanda güclü külək fəsadlar törədib, inzibati və yaşayış binalarına ziyan dəyib

Gürcüstanda güclü külək fəsadlar törədib, inzibati və yaşayış binalarına ziyan dəyib
16:07 21 Noyabr 2016
65 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 21 noyabr. REPORT.AZ/ Güclü külək nəticəsində Almaniyanın Dortmund şəhərindən uçan sərnişin təyyarəsi Gürcüstanın Kutaisi şəhərindəki hava limanına enə bilməyib.
“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, Kutaisinin David Aqmaşenebeli Beynəlxalq Hava Limanından uçan Kutaisi-Berlin reysi də güclü küləyə görə təxirə salınıb.
Məlumata görə, külək Kutaisidə qarajın dam örtüyünü uçurub, yaşayış binalarına da ziyan dəyib.
Eyni zamanda təbii fəlakət Gürcüstanın Poti şəhərinin infrastrukturuna zərər vurub. Güclü külək şəhərdəki bir neçə evin dam örtüyünü uçurub, elektrik xəttinə ziyan vurub, eləcə də ağacları kökündən qoparıb. Şəhərin bir hissəsinin sakinlərinin yaşadığı evlərə elektrik enerjisinin verilməsi dayandırılıb.
Xəbərdə bildirilib ki, ölkənin Samtredi şəhərində güclü külək poliklinika ərazisindəki ağacları, bir neçə yaşayış evinin dam örtüyünü uçurub. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR