Bakıda müəllimlər üçün beynəlxalq seminar keçirildi - FOTO

Bakıda müəllimlər üçün beynəlxalq seminar keçirildi - FOTO
16:08 21 Noyabr 2016
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda Azərbaycanın müxtəlif bölgələrindən olan müəllimlər üçün beynəlxalq seminar keçirilib.

Seminar San Diego Dövlət Universiteti və Global Kariyera İnistutunun birgə təşkilatçılığı ilə keçirilib.

Amerikan Universitetinin Departament direktoru və Global Kariyera İnstitutunun direktoru Orxan Həsənoğlu açılış nitqində bildirib ki, rəhbərlik etdiyi qurum artıq 5 ildir ki, dünyanın müxtəlif ölkələrində təhsil sahəsində mühüm layihələr həyata keçirir: “Ən inkişaf etmiş universitetlər ilə qarşılıqlı əlaqələr yaradaraq, təhsilin inkişafı sahəsində birgə əməkdaşlıq edirik. Əsasən doktorantura proqramlarının idarə olunması, Multikultural Beynəlxalq Yay və Qış Məktəbləri aktual layihələrimizdəndir. Təsadüfi deyil ki, bu il 5-ci Multikultural Qış Məktəbi ölkəmizdə keçiriləcək”, - O.Həsənoğlu belə deyib.

Təlim üçün dəvət olunan San Diego Dövlət Universitetinin professorları Amanda Black və Hasan Autman Bakıda onlara göstərilən isti münasibətdən və əhalinin qonaqpərvərliyindən məmnun olduqlarını bildiriblər. Qonaqlar deyib ki, Azərbaycan onların səfər etdiyi 21-ci ölkədir. Ölkəmiz haqqında o qədər də məlumatları olmayan və burda gördüklərindən çox təəccübləndiklərini bildirən qonaqlar gələcəkdə təhsilin inkişafı ilə bağlı layihələrdə daha çox iştirak etmək istəklərini bildiriblər.

Təlimdə iştirak edən müəllimlər onların təhsil sahəsindəki təcrübələrini öyrənərək gələcəkdə məktəblərdə tətbiq etmənin yollarını müzakirə ediblər.

Professor Black “Təhsildə Müasir İdarəçilik” mövzusunda mühazirəsi ilə təhsil sahəsində baş verən yeni islahatlar barədə geniş məruzə edib.

Daha sonra professor Hasan Autman isə “Yeni Texnologiyaların Təhsildə Tətbiqi” ilə bağlı mühazirə oxuyub və San Diego Dövlət Universitetinin bu sahədəki yeni tədqiqatları və təcrübəsi barədə danışıb.

Müəllimlərin mövzu ilə bağlı sualları cavablandırlıb və təhsillə bağlı müzakirələr davam etdirilib.

Sonda tədbir iştirakçılarına beynəlxalq sertifikatlar təqdim olunub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/176790.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR