İsveç futbolunda qalmaqal: Henrik Larssonla oğluna hücum çəkdilər

İsveç futbolunda qalmaqal:  Henrik Larssonla oğluna hücum çəkdilər
16:47 21 Noyabr 2016
43 İdman
Ölkə mətbuatı
A- A+


İsveçin “Helsinqborq” klubunun baş məşqçisi Henrik Larssonun başı dərddədir. Fanat.Az xəbər verir ki, əfsanəvi futbolçunun rəhbərlik etdiyi kollektiv pley-offda “Halmştad” klubuna uduzaraq (1:1, 1:2) yüksək dəstəni tərk edib.


Dünən baş tutan cavab oyunundan sonra (1:2) azarkeşlər meydana daxil olaraq, Larssonun 19 yaşlı oğlu Cordanın əynindən futbolkasını çıxardıblar. Hərçənd baş məşqçinin oğlu matçın 82-ci dəqiqəsində hesabı açsa da, “Helsinqborq” qalan dəqiqələrdə 2 qol buraxaraq, I diviziona düşüb.


Larsson matçdan sonra baş verənlərlə bağlı bunları söyləyib: “Azarekşlərin oğluma hücum çəkdiyini görmədim. Əgər görsəydim, dərhal ora gedib, oğlumun müdafiəsinə qalxardım. Mənimlə danışmaq istəsəydilər, danışardılar. Artıq məni döyürdülər. Hazırda Helsinqborqdayam, lakin tək gəzməyi düşünmürəm, oğlumu da başqa bir yerə məzuniyyətə yollayacağam. Azarkeşlər evimə gəlsələr, mənim çoxlu itlərim var”.


Qeyd edək ki, “Helsinqborq” 23 illik fasilədən sonra I diviziona düşüb. Karyerası ərzində "Helsinqborq",“Seltik”, “Barselona”, “Mançester Yunayted” kimi klublarda çıxış edən Henrik Larsson isə İsveç futbolunun əfsanlərindən sayılır. O, 1992-ci ildə 34 qol vurmaqla, "Helsinqborq"un elitaya yüksəlməsində önəmli rol oynayıb. 


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-svec-futbolunda-qalmaqal-t54329.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR