ABŞ-da boru kəmərinin marşrutunun dəyişdirilməsi üçün aksiyalar keçirilir

ABŞ-da boru kəmərinin marşrutunun dəyişdirilməsi üçün aksiyalar keçirilir
16:52 21 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 21 noyabr. REPORT.AZ/ Amerikanın Şimali Dakota ştatından İllinoys ştatına çəkilən "Dakota Access" boru kəmərinin marşrutunun dəyişdirilməsi üçün etiraz aksiyaları keçirilir.
Bu  barədə "Report" xarici mətbuata istinadən xəbər verir. 
Məlumata görə, “EnergyTransfer Partners” şirkətinin rəhbəri Kelsi Uorren etirazlara baxmayaraq boru kəmərinin marşrutunun dəyişdirilməyəcəyini bildirib. Bununla yanaşı, o, layihənin əleyhinə çıxan qəbilənin başçısı ilə görüşmək istədiyini deyib: "Başqa yolumuz yoxdur və bu marşrutla boru kəmərini tikəcəyik”.
Şirkət rəhbəri onu da əlavə edib ki, boru kəməri Kanadadan Çikaqoya çəkilən mövcud “Northern Border” qaz kəməri ilə paralel çəkilir. 
Qeyd edək ki, yerli əhali və ekoloqlar bir neçə aydır ki, Siu qəbiləsinin müqəddəs yerlərinə potensial təhlükə yaradacağını və su ehtiyatlarına zərər vuracağını əsas gətirərək boru kəmərinin tikintisinin əleyhinə çıxırlar. ABŞ Prezidenti Barak Obama hökumətin boru kəmərinin marşrutunun dəyişdirilməsi imkanlarına baxdığını bildirib. Şimali Dakota ştatının qubernatoru Cek Dalrimpl isə ötən cümə günü ABŞ Ordusundan və hüquq mühafizə orqanlarından etirazçılarla bağlı məsələnin həlli üçün kömək istəyib. 
Xatırladaq ki, əvvəllər etirazçılar Şimali Dakotada dəmiryolunu bağlamışdılar. Avqust ayından bəri polis 470 nümayişçini saxlayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/abs-da-boru-kemerinin-marsrutunun-deyisdirilmesi-ucun-aksiyalar-kecirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR