Bəhram Bağırzadə "Neftçi"dən getdi

Bəhram Bağırzadə "Neftçi"dən getdi
16:57 21 Noyabr 2016
88 İdman
Ölkə mətbuatı
A- A+

“Neftçi”nin Müşahidə Şurasının üzvü Bəhram Bağırzadə istefa verib. Fanat.Az xəbər verir ki, Bağırzadə bu barədə özünün "facebook" səhifəsində yazıb.

 

O, qərarını bu cür izah edib:


“Hörmətli azarkeşlər! Özümü dərk etdiyim həyatım boyu “Neftçi”nin sadiq azarkeşi olmuşam. Bir neçə il əvvəl bu əfsanəvi komandanın Müşahidə Şurasının üzvlərindən biri olmaq şərəfinə layiq görüldüm. Çalışırdım ki, “Nefçi”nin azarkeşlərini yenidən stadionlara qaytarmağa kömək edim. Lakin əfsuslar olsun ki, mənim bütün səylərim faydasız oldu. Çünki onlar üçün gözəl şərait yaradılmış futbolçular “Netçi”nin yüksək adına uyğun olmaq istəmirlər! “Neftçi”nin çoxsaylı azarkeşlərinin gözlərində ləyaqətsiz görünmək və meydançada bir-birinin ardınca səbəbsiz yerə uduzan futbolçuların dəhşətli uğursuzluqlarına görə qızarmaq istəmirəm. Öz adımdan bütün azarkeşlərə “Netçi”nin oyunlarına görə aldıqları böyük məyusluq hisslərinə görə səmimi qəlbdən üzr istəyirəm. Qəti surətdə qalib olmaq istəməyənləri məcburən qalib olmağa vadar etmək mümkün deyil! Bu vəziyyətlə əlaqədar istefa verirəm və “Netçi”nin Müşahidə Şurasından gedirəm. Bu qərarı böyük ürək ağrısı ilə verdim”.




Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-bhram-barzad-quotneftciquotdn-getdi-t54330.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR