Çində 37 avtomobilin iştirakı ilə baş verən zəncirvari qəzada 4 nəfər həlak olub

Çində 37 avtomobilin iştirakı ilə baş verən zəncirvari qəzada 4 nəfər həlak olub
17:02 21 Noyabr 2016
72 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 21 noyabr. REPORT.AZ/ Çinin mərkəzindəki avtomobil magistrallarından birində 37 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.
"Report" TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həlak olub, 40 nəfər yaralanıb.
Hadisə Şensi əyalətindəki sürətli trasda baş verib.
Mərkəzi Çin Televiziyasının (CCTV) məlumatına görə, qəzada əsasən yük maşınları toqquşub. Hadisə nəticəsində avtomagistralda yol hərəkəti hər iki tərəfli bağlanılıb. Qəzanın başvermə səbəbləri araşdırılır.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/cinde-37-avtomobilin-istiraki-ile-bas-veren-zencirvari-qezada-dord-nefer-helak-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR