Prezident İlham Əliyev hindistanlı həmkarına başsağlı verib

Prezident İlham Əliyev hindistanlı həmkarına başsağlı verib
17:02 21 Noyabr 2016
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hindistan Respublikasının Prezidenti Pranab Mukherciyə başsağlığı məktubu göndərib.
“Report”un xəbərinə görə, başsağlığı mətninə deyilir:
“Hörmətli cənab Prezident,
Uttar-Pradeş ştatında sərnişin qatarının qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Hindistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/prezident-i-lham-eliyev-hindistanli-hemkarina-bassagli-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR