Xaləddin İsgənədov Binəqədinin yağışdan sonrakı durumundan danışdı

Xaləddin İsgənədov Binəqədinin yağışdan sonrakı durumundan danışdı
17:08 21 Noyabr 2016
86 Ölkə
Ölkə mətbuatı
A- A+

“Son günlər Bakıda yağan güclü yağışlar nəticəsində ən çox ziyan çəkən rayon Binəqədi olub. Yağış nəticəsində 5 min evə ziyan dəyib”.

Publika.az xəbər verir ki, bunu Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov söyləyib.

O bildirib ki, yaranmış vəziyyətlə əlaqədar müşavirə keçirib, yaranmış vəziyyətlə maraqlanıb:

“Müvafiq tapşırıqlar vermişəm. Gənc əqidədaşlarımızdan biri söhbət zamanı bildirib ki, axı bizim orada nə işimiz var. Doğrudur, bu sözə görə sonradan peşiman olub. Ancaq mən ona bildirdim ki, ölkə başçısı cənab İlham Əliyev haradadırsa, biz də orada olmalıyıq. Xalqın problemi varsa, orada mütləq olmalıyıq. Kim bu cür düşünmürsə, bu onların ən böyük siyasi səhvidir”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/176804.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR