"Azərbaycan Xəzərin ekologiyasının mühafizəsi üçün böyük işlər görür"

"Azərbaycan Xəzərin ekologiyasının mühafizəsi üçün böyük işlər görür"
17:12 21 Noyabr 2016
49 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycanda neft dağılmalarının nəticələrinin aradan qaldırılması üçün çox yaxşı baza yaradılıb".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, "Lamor Turkey" şirkətinin baş direktoru, "Dənizdə və quruda neft dağılmaları: Yanacaq-energetika kompleksində sənaye təhlükəsizliyi" IV praktiki konfransının moderatorlarından biri olan Metyu Brayza deyib.

Onun sözlərinə görə, neftin qiymətlərinin azalması regionun bütün ölkələrinin, o cümlədən Azərbaycanın büdcəsinə təsir edib: "Və bəzən həm quruda, həm də dənizdə neft hasilatı nəticəsində ekoloji təhlükəsizliyi tam təmin etmək üçün vəsait tapmaq çətin olur".

M.Brayza qeyd edib ki, Azərbaycan Xəzər dənizinin ekologiyasının mühafizəsi üzrə böyük işlər görməkdə davam edir:

"Azərbaycanda neft dağılmalarının nəticələrinin aradan qaldırılması üçün çox yaxşı baza yaradılıb, zəruri treninqlər keçirilir".

Konfrans noyabrın 22-si işini davam etdirəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/491621.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR