Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva və keçmiş əri, aktyor Tolqa Karelin arasındakı qalmaqal bitmək bilmir.
Milli.Az axşam.az-a istinadən bildirir ki, yeni həyat yoldaşı ilə birlikdə ABŞ-da yaşayan Tolqanı oğlu Cahangirə maddi kömək etməməkdə günühlandıran Günay sərt danışıb.
Model Tolqanın ana və atasının da nəvələri ilə maraqlanmadıqlarını deyib:
"İnstaqramdan görməyin onlara bəs etdiyini dedilər. Onlar Cahangiri İnstaqramdan izləməyə davam etsinlər".
Milli.Az