Bakıda avtomobil 22 yaşlı oğlanı vurub, sürücü qaçıb

Bakıda avtomobil 22 yaşlı oğlanı vurub, sürücü qaçıb
17:17 21 Noyabr 2016
102 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 noyabr. REPORT.AZ/ Bakıda 22 yaşlı oğlanı avtomobil vurub.
"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində "Ülvi şadlıq evi"nin yaxınlığında qeydə alınıb.
Belə ki, 1994-cü il təvvəllüdlü Eyyubov Əhməd Əmiraslan oğlu dostları ilə birgə kafedən çıxdıqdan sonra evinə getmək istəyib. Bu zaman Ə.Eyyubovu naməlum markalı avtomobil vuraraq ərazidən uzaqlaşıb. Xəsarət alan Ə.Eyyubov 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları naməlum markalı avtomobilin sürücüsünün kimliyini araşdırır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-avtomobil-22-yasli-oglani-vurub-surucu-qacib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR