Beynəlxalq ticarət müharibəsi ŞİDDƏTLƏNİR

Beynəlxalq ticarət müharibəsi ŞİDDƏTLƏNİR
17:23 21 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra dövlətlər dünya ticarət müharibəsində yeni iş birlikləri üçün güclü ittifaq axtarırlar.

Publika.az Türkiyə mətbuatında istinadən xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğanın ölkəsinin Şanxay Beşliyində iştirak etməsi təklifinə Rusiya prezidenti Vladimir Putin “qiymətləndiririk” deyə cavab verib.

Analitiklər hesab edir ki, qlobal ticarət müharibəsi ABŞ, Çin və Rusiya arasındakı yeni cəbhələrlə böyüyür. Perunun paytaxtı Limada reallaşdırılan Asiya Pasifik İqtisadi Əməkdaşlıq (APEC) zirvəsi dünya ticarət döyüşlərində yeni cəbhələrin açılmasına ev sahibliyi etdi.

Zirvənin ağır toplarından olan Çinin dövlət başçısı Xi Jinping Doland Trampın qoruma vədlərinə cavab olaraq qlobal ticarətdə liderlik sözü verdi. Eləcə də qapıları xarici sərmayəçilərə sonuna qədər açacağını və Pekinin qloballaşma müddətində daha əhəmiyyətli rollar alacağını bildirdi. Məlum oldu ki, Çin qapılarını xarici dünyaya bağlamaq yerinə daha da açacaq: “Özümüzü iqtisadi qloballaşmaya tamamilə daxil edəcəyik. Yaxın və xüsusi tənzimləmələr doğru seçim deyil"..

Jinpingin şərhləri əslində Çin və Meksika ilə ticarətdə daha mübariz yanaşma nümayiş etdirən ABŞ-ı Trans Pasifik Ortaqlığından (TPP) çıxaracağını söyləyən Trampa cavabdır.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/176800.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR