Azərbaycanın sığorta bazarı 11% artıb

Azərbaycanın sığorta bazarı 11% artıb
17:37 21 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 21 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda fəaliyyət göstərən 25 sığorta şirkətinin xətti ilə 420 mln. manat əcmində sığorta haqqı toplanılıb. Maliyyə Bazarlarına Nəzarət Palatasından "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11% və yaxud 41 mln. manat çoxdur.
Hesabat dövründə sığortaçıların həyata keçirdiyi ödənişlərinin məbləği isə 191 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 36% çoxdur.
10 ay ərzində həm könüllü, həm də icbari sığorta növləri üzrə müsbət dinamika müşahidə olunub. Belə ki, könüllü sığorta növləri üzrə daxilomalar 15%, ödənişlər isə 38% artıb. İcbari sığorta növləri üzrə haqlar 4%, ödənişlər isə 30% artaraq müvafiq olaraq 148 və 47 mln. manat təşkil edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanin-sigorta-bazari-11-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR