Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi yeni telelayihədə iştirak edir - FOTO

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi yeni telelayihədə iştirak edir - FOTO
18:12 21 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti - AzTv, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və Nizami Kino Mərkəzinin birgə layihəsi əsasında "Pillə" verilişinin çəkilişlərinə start verilmişdir.

Milli.Az bildirir ki, layihənin ilk iki buraxılışının qonaqları Bakı şəhərinin uşaq musiqi və incəsənət məktəblərinin şagirdləridir. Gənc istedadları bir araya toplayan "Pillə" verilişi tamaşaçılara müxtəlif peşə sahibləri ilə, incəsənətin bütün sahələrində bacarıqlarını nümayiş etdirə bilən ifaçılarla yaxından tanış olma imkanı yaradır.

Qeyd edək ki, "Pillə" layihəsinin ilk buraxılışı dekabr ayının ilk günlərində efirə gedəcək.

Milli.Az






RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR