Ruslan: "Toyum mediaya qapalı olacaq" - FOTO

Ruslan: "Toyum mediaya qapalı olacaq" - FOTO
18:27 21 Noyabr 2016
179 İdman
Ölkə mətbuatı
A- A+

Futbolçu Ruslan Abışovun təxirə düşən toyunun yeni tarixi bəlli olub. 

Milli.Az bildirir ki, axşam.az-a açıqlama verən futbolçu məclisin dekabrın 5-də baş tutacağını deyib:

"Hazırlıq işləri davam edir. Toyumun aparıcılığını Kamran Quliyevə həvalə etmişəm. Məclisin mediada işıqlandırılmasını istəmirəm. Buna görə də toy qapalı olacaq. Amma bəzi jurnalist dostlarımı qonaq kimi dəvət edəcəm".

Qeyd edək ki, Ruslan Abışovun toyu avqustun 23-də baş tutmalı idi. Lakin ailəsində itki baş verdiyi üçün mərasim təxirə salınmışdı.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/491540.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR