Kişilər mağazadan kosmetika oğurladılar - FOTO

Kişilər mağazadan kosmetika oğurladılar - FOTO
18:27 21 Noyabr 2016
104 Ölkə
Ölkə mətbuatı
A- A+

Siyəzən rayonunda oğurluq hadisəsi baş verib. 

Milli.Az report-a istinadən bildirir ki, hadisə şəhərin H.Əliyev küçəsində yerləşən parfümeriya mağazasında qeydə alınıb.
Belə ki, oğrular İlkin Novruzova məxsus parfümeriya mağazasına daxil olaraq oradan 8 000 manatlıq kosmetika məhsulları və 270 manat pul oğurlayaraq qaçıblar. Zərərçəkən dərhal Siyəzən Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edib. 
İ.Novruzovun müraciəti əsasında əməliyyat-axtarış tədbirlərinə başalayan Siyəzən RPŞ-nin əməkdaşları oğurluqda şübhəli bilinən rayon sakinləri - 23 yaşlı Aqşin Salayev və 22 yaşlı Ravin Səmədov tutulublar. 
Faktla bağlı Siyəzən RPŞ-də araşdırmalara başlanılıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR