Erməniləri narahat edən qətnamə NATO PA-da qəbul olundu

Erməniləri narahat edən qətnamə NATO PA-da qəbul olundu
18:42 21 Noyabr 2016
156 Ölkə
Ölkə mətbuatı
A- A+

NATO Parlament Assambleyasının İstanbulda keçirilən 62-ci sessiyası çərçivəsində qurumun Müdafiə və təhlükəsizlik komitəsinin suveren ölkələrin ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı qətnaməsi müzakirəyə çıxarılıb.

Milli.Az bildirir ki, bu barədə Trend-ə sessiyada iştirak edən Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, qətnamə səsə qoyularaq qəbul olunub: "Bu, NATO PA tərəfindən qəbul edilən ən vacib sənədlərdən biridir. Sənəddə suveren ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşılmasının vacibliyi qeyd olunur".

O əlavə edib ki, sənədin qəbulu Ermənistan nümayəndə heyəti tərəfindən narahatlıqla qəbul olunub.

Qeyd olunan sənəd ötən gün ABŞ nümayəndə heyətinin təşəbbüsü ilə NATO PA-nın Müdafiə və təhlükəsizlik komitəsində qəbul olunmuşdu. Ermənistan nümayəndə heyəti sənədə etirazını bildirmişdi.

Bu gün isə sənəd NATO PA-nın sessiyasında qəbul olunaraq PA-nın sənədi statusunu qazanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/491675.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR