Kərbəlaya ziyarətə gedən azərbaycanlı qadın dünyasını dəyişib

Kərbəlaya ziyarətə gedən azərbaycanlı qadın dünyasını dəyişib
18:47 21 Noyabr 2016
184 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 noyabr. REPORT.AZ/ Azərbaycandan İraqın Kərbəla şəhərinə ziyarət etmək üçün gedən qadınlardan biri dünyasını dəyişib.
Bu barədə "Report"a hazırda Kərbəla ziyarətində olan Nisə Tağıyeva məlumat verib.
O, dünyasını dəyişən qadının 65 yaşlı Səyyarə adlı şəxs olduğunu bildirib. 
N.Tağıyevanın sözlərinə görə, ölən şəxsin vəziyyəti qəflətən pisləşib. 
Hazırda onun nəşinin Azərbaycana gətirilməsi üçün İraqın müvafiq dövlət qurumları ilə danışıqlar aparılır. 

Xəbərin orijinal ünvanı: https://report.az/din/kerbelaya-ziyaret-geden-azerbaycanli-qadin-dunyasini-deyisib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR