Məscidi partlatdılar - 32 ölü, 50-dən çox yaralı

Məscidi partlatdılar - 32 ölü, 50-dən çox yaralı
19:13 21 Noyabr 2016
85 Dünya
Ölkə mətbuatı
A- A+

Əfqanıstanın paytaxtı Kabil şəhəri yaxınlığındakı şiə məscidində törədilən partlayış nəticəsində həlak olanların sayı azı 32 nəfərə çatıb, 50-dən çox insan isə yaralanıb.

Publika.az xəbər verir ki, bu barədə məlumat BMT-nin Əfqanıstan üzrə missiyasının saytında yerləşdirilib. Missiyanın məlumatına görə, ölənlər və yaralananlar arasında çoxlu sayda uşaq var. Terrorçu-kamikadze özünü Kabil ətrafındakı Dar ul-Aman rayonundakı məscidin içərisində partladıb. Partlayış dindarların Məhəmməd Peyğəmbərin nəvəsi imam Hüseynin qətlə yetirilməsinin ildönümü ilə əlaqədar məsciddə keçirilən matəm mərasiminə toplaşdıqları zaman törədilib.

TOLOnews telekanalının yaydığı xəbərə görə, “Taliban” hərəkatı özünün terror aktı ilə əlaqəsini təkzib edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR