Min bir dərdin dərmanı - Bəhməzin faydaları

Min bir dərdin dərmanı - Bəhməzin faydaları
20:17 21 Noyabr 2016
544 Ölkə
Ölkə mətbuatı
A- A+

Onlarla növü olan bəhməz şəkərsiz təbii quruluşuyla şəfa qaynağıdır. Elə isə, hansı bəhməz növünün nələrə faydalı olduğunu bilirsinizmi? Aile.lent.az bəhməzin faydaları ilə sizi tanış edir.

Keçibuynuzu bəhməzi

Keçibuynuzu bəhməzi qanazlığına qarşı ən yaxşı və ən təsirli vasitədir. Dadı ağır olduğu üçün ləzzətlə yeyilməyə bilər. Lakin faydaları bitib-tükənməzdir. Məsələn:

* Cinsi gücü artırır. Eyni zamanda, sperma sayını artıran xüsusiyyəti var. Uşaq problemi yaşayan cütlüklərə yemək təklif edilir.

* Ürəyi dəstəkləyir.

* Xolesterolu aşağı salır və təzyiqi tarazlayan təsiri var.

* Bədəni gücləndirir. Sizi daha enerjili hala gətirir.

* Dişlər üçün dərmandır.  Dişlərinizdə problem varsa, mütləq keçibuynuzu bəhməzindən dadın.  Dişləri və diş ətlərini qidalandırır.

* Qanazlığına qarşı qoruyucudur.

* Sümükləri gücləndirən xüsusiyyəti var. Çünki kalsium anbarıdır.

* Çoxları bu faktdan xəbərsizdir. Keçibuynuzu bəhməzi bağırsaqları işlədən xüsusiyyətə malikdir. Bu isə arıqlamaq və artıq çəkidən xilas olmaq üçün çox yaxşı vasitədir.

* Zülal dəyərləri baxımından çox faydalıdır. Bu xüsusiyyəti baxımından xüsusən uşaqlar və hamilə qadınlar yeməlidirlər.

* Tərkibinə kalium, kalsium, fosfor, maqnezium, dəmir, mis, sink mineralları daxildir.

* Ağciyər xəstəliklərinə qarşı da keçibuyunuzu bəhməzi təklif edilir.

Küknar bəhməzi

İnsanlar arasında çox da tanınmayan bəhməzin bu növü küknar ağacının meyvəsindən, yəni qozasından hazırlanır. Xüsusən allergiya, babasil, qaşıntı, saç tökülməsi, sədəf xəstəliyi, gut (bağırsaq xəstəliyi), uşaqlarda öskürək, yetkinlərdə sidik saxlamama kimi bir çox problemlərin   dərmanıdır. Tərkibindəki əsas yağ turşuları sayəsində antioksidant xüsusiyyətə malikdir. Küknar bəhməzinin dadı bir az acı olsa da, şəfa qaynağıdır. Uşaqlara səhər və axşam bir çay qaşığı, yeniyetmələrə isə səhər və axşam bir xörək qaşığı udmaq məsləhətdir.

Küknar bəhməzi bənzəri olmayan öskürək dərmanıdır. Keçməyən inadçı öskürəkləri anında yox edir.  Digər faydalarını bu cür sıralamaq olar:

* Saç tökülmələrinin qarşısını alır.

* Ağızda olan yaraları aradan qaldırır.

* Hərarətsalıcı xüsusiyyətə malikdir.

* Bəlğəm qovucudur və bronxitə çox yaxşı təsir edir.

* Qanı təmizləyir, qaraciyəri qoruyur.

* Dalağı qoruyan xüsusiyyətə malikdir.

* Gut (bağırsaq xəstəliyi) xəstəliyinin qarşısını alır.

* Allergiya, qaşıntı və ekzema, sədəf xəstəliyinə çox faydalıdır.

* Ürəyi və damarlarını qoruyur.

* Bədənimizdə yığılan toksinlərin xaric olunmasına kömək edir.

* Bağırsaq sistemi üçün olduqca faydalıdır. Xüsusilə, bağırsaqda yaranan parazitləri təsirsiz hala gətirir, ishal və babasil meydana gəlməsinə mane olur.

* Sidik yolları üçün mükəmməl şəfalıdır. Sidik yollarında yaranan iltihabı təmizləyir. Bununla yanaşı, sidik tutulması və böyrək daşlarına yaxşı təsir edir.

* Yaşlı insanlara sidik saxlamama problemi üçün çox faydalıdır.

* Küknar dəri üçün də olduqca şəfalı bitkidir. Krem halına gətirərərk dəridə yaranan çibanlar və ya iltihablara sürtükdə  faydasını görərsiniz.

Tut bəhməzi

Tut bəhməzi ən çox tanınan, bişirilən  və istifadə edilən bəhməz növüdür. Tut təmizləyici xüsusiyyəti səbəbindən xüsusi şəfa qaynaqlarına malikdir. Bu bəhməz də möcüzələr anbarıdır. Elə isə, faydalarını sadalayaq:

* Qanazlığı problemi olanlar mütləq yeməlidirlər. Çünki tut bəhməzi digər bəhməz növləri  kimi bir nömrəli qan yaradan təbii maddədir.

* Mədə xəstəlikləri, xüsusilə də xoraya qarşı tut bəhməzi çox yaxşı vasitədir.

* Astma və bronxit xəstəliklərinə qarşı  rahatlaşdırıcı təsiri var.

* Soyuğa və soyuqdəyməyə qarşı tut bəhməzi yeyin. Bədən müqavimətini və bədən istiliyini artıran xüsusiyyətə malikdir.

* İdmançılar üçün enerji qaynağıdır.

* Uşaqların böyüməsi və inkişafına kömək edir.

* Uşaqların zəka inkişafına qatqısı böyükdür.

* İki yemək qaşığı -  20 qram bəhməz insan bədəni üçün çox qiymətli olan 2 milliqram dəmir, 80 milliqram kalsium və enerji ehtiva edir.

* Tut bəhməzi ilə qarqara etdikdə ağız və boğaz xəstəliklərinə qarşı təsirli olur.

* Uşaqlarda tez-tez rast gəlinən ağızda pambıq yarası xəstəliyinə qarşı faydalı təsiri var.

Xurma bəhməzi

Çox da populyar olmayan xurma bəhməzi bir şəfa mənbəyidir. Faydalarını bilsəniz, siz də belə düşünərsiniz.

* Ürək və damar xəstəlikləri riskini azaldan təsiri var.

* Xurma bəhməzi uzun müddət ac qaldıqda meydana gələn halsızlığın öhdəsindən gəlməyə qadirdir.  

* İdman edənlər üçün enerji içkisi vəzifəsini yerinə yetirir.

* Zehnin və bədən inkişafına kömək olur.

* Quru öksürəyin qarşısını alır.

* Boğaz ağrısını aradan qaldırır.

* Bronxit və soyuqdəyməyə qarşı təsirlidir.

* Xərçəngə qarşı bitki mənşəli həll yoludur. Sizi xərçəngə qarşı qoruyar.

Qara tut bəhməzi

* Sidikqovucu təsiri var.

* Mədəni qüvvətləndirir. Xüsusilə, xora problemi olanlar üçün tövsiyə edilir.

* Bronxit və öskürəyi aradan qaldırmağa kömək olur. Sinə ağrılarını aradan qaldırır.

* Kökəlməyə kömək edir. Qan bərpaedicidir.

* Körpəsini əmizdirən analarda süd artırmaq üçün kömək edər.

*Tərkibində olan yüksək vitamin və mineral sayəsində diş və diş ətləri üzərində çox müsbət təsirləri var.

Üzüm bəhməzi

Üzüm bəhməzi tut bəhməzi qədər məşhurdur. Faydaları ilə tanış olun.

* Bədəninizdəki qan miqdarını artırır.

* Təbii bir enerji anbarıdır.

* İştah açır.

* Hamiləlik dövründə və körpə inkişafında çox təsirlidir. Mütəxəssislər bu dövrlərdə istifadə olunmasını təklif edirlər.

* Mədə, bağırsaq və böyrəklərinizi qüvvətləndirər.

* Damar sərtliyinə qarşı qoruyucudur.

*Qan dövranını rahatlandırır. Stressi azaldır.

Bəhməzdə nə qədər kalori var?

Tut bəhməznin kalorisi: 300

Üzüm bəhməzinin kalorisi: 242

Küknar bəhməzinin kalorisi: 270 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/491690.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR