Rusiyada "İxrac perspektivləri-2017" mövzusunda konfrans keçiriləcək

Rusiyada "İxrac perspektivləri-2017" mövzusunda konfrans keçiriləcək
20:17 21 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 21 noyabr. REPORT.AZ/ Rusiyanın Stavropol Diyarının Ticarət-Sənaye Palatası Azərbaycan sahibkarlarını bu il dekabrın 15-də Stavropol şəhərində keçiriləcək “İxrac perspektivləri-2017” adlı konfransa qatılmağa dəvət edir.
Bu barədə “Report”a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) məlumat verilib.
Bildirilib ki, konfransda iştirak edəcək Azərbaycan nümayəndə heyətinin qalması dekabrın 13-dən 15-dək Rusiya tərəfindən təmin olunacaq.
Konfrans haqqında məlumat almaq və tədbirdə iştirak etmək istəyənlər “Azpromo”ya müraciət edə və ya bu nömrələr (8652) 94-53-34, 50-99-99 (E-poçt: tppsk26@gmail.com) vasitəsi ilə əlaqə saxlaya bilərlər.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/rusiyada-i-xrac-perspektivleri-2017-movzusunda-konfrans-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR