"Xəzər Lənkəran"ın sabiq məşqçisi Türkiyə klubunda

"Xəzər Lənkəran"ın sabiq məşqçisi Türkiyə klubunda
20:27 21 Noyabr 2016
94 İdman
Ölkə mətbuatı
A- A+

"Xəzər Lənkəran”dakı baş məşqçi vəzifəsindən ayrıldıqdan sonra TRT-dəki idman proqramlarında şərhçilik edən türkiyəli futbol mütəxəssisi Oğuz Çətin yenidən yaşıl meydanlara qayıda bilər.


Fanat.Az xəbər verir ki, türkiyəli çalışdırıcıya ölkəsindən təklif var. Belə ki, I dəstədə mübarizə aparan, əsasən kürdlərin komandası olan "Şanlıurfaspor” klubu 53 yaşlı məşqçiyə “elçi düşüb”. Yerli mətbuatın yazdığına görə, artıq tərəflər arasında danışıqlar da olub və bu təyinat hər an açıqlana bilər.


Qeyd edək ki, Oğuz Çətin 2014-cü ildə "Xəzər Lənkəran”ı çalışdırıb. Veteran futbolçu həmyerlisi Mustafa Dənizlinin istefasından sonra cənub klubuna baş məşqçi təyin olunmuşdu. O, klubun gəncləşdirmə siyasətinə keçidi ilə əlaqədar olaraq istefa vermişdi.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotxzr-lnkranquotn-sabiq-mqcisi-turkiy-klubunda-t54335.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR