ŞOK: Mafiya 8 nəfərin başını kəsdi - FOTO

ŞOK: Mafiya 8 nəfərin başını kəsdi - FOTO
20:33 21 Noyabr 2016
179 Dünya
Ölkə mətbuatı
A- A+

Meksikanın Qerrero ştatında səkkiz başı kəsilmiş insanın cəsədi tapılıb.

Publika.az “RİA-Novosti”yə istinadən xəbər verir ki, bu haqda ACN agentliyi bildirib.

Cəsədlər bazar ertəsi gecəsi böyük plastik paketlərdə Tikstla şəhərinin ətrafında yol kənarına atılıb. Öldürülənlərin üzərində işgəncə izləri var.

Cəsədlərin yanında narkomüraciət adlanan qeyd qoyulub. Bu, cinayətdə narkomafiyanın iştirakını göstərir.

Qeyd edək ki, Qerrero ştatı Meksikada cinayət nöqteyi-nəzərindən ən təhlükəli bölgələrdən biridir. Ştatda ABŞ-a narkotiklərin tranzitinə nəzarət uğrunda cinayətkar qruplaşmaların müharibəsi gedir.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/176828.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR