İranda müxtəlif sahələr üzrə sərgilər təşkil olunacaq

İranda müxtəlif sahələr üzrə sərgilər təşkil olunacaq
20:57 21 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 21 noyabr. REPORT.AZ/ Bu il noyabrın 24-dən gələn il fevralın 18-dək İranın paytaxtı Tehran şəhərində müxtəlif sahələr üzrə sərgilər keçiriləcək.
Bu barədə “Report”a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) məlumat verilib.
Bildirilib ki, sərgilərə dəvət edilənlərin iki gün yarım mehmanxana xərcləri tədbirin təşkilatçıları tərəfindən ödəniləcək. 
Sərgilər haqqında məlumat almaq və tədbirdə iştirak etmək istəyən yerli sahibkarlar “Azpromo”ya və ya İranın Azərbaycandakı səfirliyinə (Tel: +99412 4924407/ +99412 4921964) müraciət edə bilərlər.

Xəbərin orijinal ünvanı: https://report.az/turizm-ve-sergiler/i-randa-muxtelif-saheler-uzre-sergiler-teskil-olunacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR