İki piyada keçidi istifadəyə verilir

İki piyada keçidi istifadəyə verilir
21:03 21 Noyabr 2016
60 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti yaxın vaxtlarda inşa etdiyi iki yerüstü piyada keçidini sakinlərin istifadəsinə verəcək.

Publika.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Qurum sözçüsü bildirib ki, həmin yerüstü keçidlər Bakı-Quba-Rusiya dövlət sərhədi yolunun 4-cü kilometrliyində, digəri isə Bakı-Zabrat yolunda inşa edilir. Hazırda hər iki yerüstü piyada keçidində tamamlama işləri həyata keçirilir. Keçidlər gələn ay sakinlərin istifadəsinə veriləcək.

A.Nəcəfli deyib ki, Bakı-Quba-Rusiya dövlət sərhədi yolunun 4-cü kilometrliyində inşa edilmiş keçid tam hazır olmasa da, artıq piyadalar həmin keçiddən istifadə edə bilərlər. (Trend)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR