Şəmkirdə qadın iş yerində döyüldü

Şəmkirdə qadın iş yerində döyüldü
21:39 21 Noyabr 2016
111 Digər
Ölkə mətbuatı
A- A+

Şəmkirdə döyülmə faktı qeydə alınıb.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Ağ ev qəsəbəsində kirayədə yaşayan 1990-cı il təvəllüdıü Azima Əliyeva qabırğaların sınığı diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

 

Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Qadının dediyinə görə, o, işlədiyi  yeməkxananın müdiri tərəfindən döyülüb.

 

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260155

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR