Kiyevdə nümayişçilərlə polis arasında qarşıdurma baş verib

Kiyevdə nümayişçilərlə polis arasında qarşıdurma baş verib
22:22 21 Noyabr 2016
37 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna paytaxtı Kiyevin Müstəqillik meydanında nümayişçilərlə polis arasında qarşıdurma baş verib.

APA-nın "112 Ukrayna" telekanalına istinadən verdiyi xəbərə görə, insidentə səbəb bir qrup nümayişçinin meydana təkərlər gətirərək yandırması olub.
 
Hadisə nəticəsində saxlanılanların olduğu bildirilir.
 
Qeyd edək ki, bu gün Ukraynada 2013-cü ildə "Maydan" hərəkatının başladığı günlə əlaqədar "Şərəf və Azadlıq Günü" qeyd olunur. Polis nümayişdə 400 nəfərin iştirak etdiyini bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/491712.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR