Tahir Süleymanovdan Bağırzadənin istefasına münasibət

Tahir Süleymanovdan Bağırzadənin istefasına münasibət
22:37 21 Noyabr 2016
96 İdman
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, Bəhram Bağırzadə "Neftçi"nin Müşahidə Şurasından istefa verib. 


Fanat.Az xəbər verir ki, "ağ-qaralar"ın sabiq vitse-prezidenti Tahir Süleymanov bununla bağlı fikirlərini öz "facebook" səhifəsində paylaşıb.


Onun yazdıqlarını olduğu kimi təqdim edirik:


"Bu gün Bəhram Bağırzadə "Neftçi"nin Müşahidə Şurası üzvlüyündən istefa verdiyini açıqlayıb. Müşahidə Şurası da istefanın mürəkkəbi qurumamış dərhal qəbul edib. Kim kimdən istefanı qəbul edir? "Neftçi"nin biabırçı nəticələrinin səbəbkarı tək Bəhram Bağırzadədirmi?!


Bəhram bəy öz sahəsində böyük uğurlar qazanmış, ölkəmizi layiqincə təmsil etmiş insandır. Açıqlamasında bunların təsadüfi olmadığını, istedadın, çəkilən zəhmətin sayəsində qazanıldığını vurğulayıb. Hər sahənin öz peşəkarları var. Futbol klubunu həvəskar səviyyədə idarə etmək mümkün deyil. Bəhram bəyin istefası məqsədli yaradılmış "sistem"in fiaskoya uğraması deməkdir. 


2 mövsümə Müşahidə Şurasında 3-5 üzvün dəyişilməsi/gətirilməsi, 5 baş məşqçi, 3 əcnəbi fiziki hazırlıq, 2 seleksiya üzrə məşqçi, 15-ə yaxın legioner futbolçu, 2 icraçı, 2 idman direktoru, mühafizəçilər, aşpazlar, sürücülər və s...


8 komandalıq çempionatda 9 məğlubiyyət, qapısında ən çox top görən komanda və möhkəm görünən 7-ci yer...

Zərbə isə "Neftçi"yə, futbolumuza, azarkeşlərə dəyir...


Bu "nəticələrin" ən son günahkarı futbolçulardı.


Onlar kluba özləri ayaq açmayıb, rəhbərlik, məşqçilər tərəfindən "seçilərək" gətirilib. 


Bəhram bəyin mənəviyyatı imkan verməyərək üzr istəyib getməsi oldu. İstefa vermək mədəniyyət göstəricisidir. Eyni zamanda uğurlu insan olduğunu vurğulayaraq "Neftçi"yə gəlməsinin səhv addım olduğunu göstərib.


Ölkədə hörmət qazanmış insan tərəfindən atılan addım bir nümunədir. Hər kəs bacardığı işlə məşğul olmalıdır nümunəsi...Özlərinə hörmət edən insanlar gec də olsa bu addımı atır (atmalıdır).


Bəhram Bağırzadəyə yüksək səviyyədə bacardığı sahədə daha böyük uğurlar arzusu ilə..."



Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-tahir-suleymanovdan-barzadnin-istefasna-munasibt-t54337.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR