BMT Yəməndə atəşkəsin başa çatdığını bəyan edib

BMT Yəməndə atəşkəsin başa çatdığını bəyan edib
23:02 21 Noyabr 2016
52 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 21 noyabr. REPORT.AZ/ BMT tərəfindən Yəməndə hərbi əməliyyatların bərpa olunmasına dair elan olunan 48 saatlıq atəşkəs başa çatıb və onun müddəti uzadılmayıb.
“Report” xəbər verir ki, bunu bazar ertəsi jurnalistlərə təşkilatın baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.
Onun sözlərinə görə, atəşkəs çoxsaylı qanun pozuntularına dair xəbərlərlə müşayiət olunub.
"48 saatlıq atəşkəs başa çatdı və uzadılmadı. Hər iki tərəf pozuntular, o cümlədən aviazərbələr və yerüstü toqquşmalar barədə məlumat verib. Görünən odur ki, silahlı münaqişə, təəssüf ki, bərpa olunub", - deyə Düjarrik bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/bmt-yemende-ateskesin-basa-catdigini-beyan-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR