Azərbaycanlı stilist İrəvanda toyda - fotolar

Azərbaycanlı stilist İrəvanda toyda - fotolar
23:31 21 Noyabr 2016
1274 Şou
Ölkə mətbuatı
A- A+

Əslən azərbaycanlı stilist Nazilə Mehdiyeva komandasında çalışdığı erməni əsilli stilist Goar Avetisyanın İrəvanda baş tutan toy mərasimində iştirak edib.

Axşam.az-ın məlumatın görə, bu barədə Nazilə öz İnstaqram səhifəsində bildirib. Belə ki, toydan paylaşdığı ardıcıl video və fotolar izləyiciləri tərəfindən birtərəfli qarşılanmayıb.

Stilistin Rusiyadakı dost-tanışları onun düşmən ölkəyə səfərini alqışlasalar da, Azərbaycandan olan izləyiciləri onu qınayıblar. N.Mehdiyeva Ermənistana, dostunun toyuna getməkdə qəbahət görmədiyini şərhlərdə bəyan edib.

Hətta, o, əminliklə bildirir ki, bundan sonra Azərbaycana gəlmək istəsə, hüç bir problemlə üzləşməyəcək.

Diqqət çəkən məqamlardan biri toyda nümayiş etdirilən videoçarxda Azərbaycan musiqisinin səslənməsi olub.




Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61586

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR