Kiyevdə ara qarışdı – Nümayişçilərlə polis arasında...

Kiyevdə ara qarışdı – Nümayişçilərlə polis arasında...
23:48 21 Noyabr 2016
96 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna paytaxtı Kiyevin Müstəqillik meydanında nümayişçilərlə polis arasında qarşıdurma baş verib.

Publika.az xəbər verir ki, insidentə səbəb bir qrup nümayişçinin meydana təkərlər gətirərək yandırması olub. Hadisə nəticəsində saxlanılanların olduğu bildirilir.

Qeyd edək ki, bu gün Ukraynada 2013-cü ildə “Maydan” hərəkatının başladığı günlə əlaqədar «Şərəf və Azadlıq Günü» qeyd olunur. Polis nümayişdə 400 nəfərin iştirak etdiyini bildirib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/176840.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR