Neft 49 dolları ötdü - 20 gün sonra ilk dəfə

Neft 49 dolları ötdü - 20 gün sonra ilk dəfə
23:57 21 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Dünya bazarında neftin qiymətləri bahalaşıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, İCE London birjasında Brent markalı neft 4,23 % bahalaşaraq barelli 49,05 dollar olub. Bu, noyabrın 1-dən bu günə qədər olan ilk yüksək göstəricidir.

WTI markalı neftin yanvar fyuçersi isə 4,13% bahalaşıb və barelli 48,32 dollardan satılıb.

Qeyd edək ki, neftin dünya bazarında qiymətləri Neft İxrac Edən Ölkələrin Təşkilatının (OPEK) üzvlərinin hasilatın həcminin dondurulması məsələsində razılaşma əldə etmək cəhdləri fonunda bahalaşır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/491726.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR