Murad Məmmədov yeni təyinat alıb

Murad Məmmədov yeni təyinat alıb
23:57 21 Noyabr 2016
106 İdman
Ölkə mətbuatı
A- A+

Beynəlxalq dərəcəli hakim-inspektor, AFFA-nın beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Murad Məmmədov yeni təyinat alıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, o, futzal üzrə UEFA Kubokunun elit-raund mərhələsinin "C" qrupunda keçiriləcək oyunların hakim-inspektoru olacaq. Bu qrupda İspaniyanın "İnter FS", Çexiyanın "FK EP Chrudim", Serbiyanın "KMF Ekonomac" və Sloveniyanın "SD Brezje Maribor" komandaları yer alıb.

Oyunlar noyabrın 23-dən 26-dək Sloveniyanın Maribor şəhərindəki Dvorana Tabor arenasında keçiriləcək.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR