UEFA "Qəbələ"ni baş məşqçisiz qoydu

UEFA "Qəbələ"ni baş məşqçisiz qoydu
00:17 22 Noyabr 2016
103 İdman
Ölkə mətbuatı
A- A+

UEFA "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukla bağlı qərar verib. Fanat.Az xəbər verir ki, Avropa futbol qurumu ukraynalı mütəxəssisi cəzalandırıb.


Buna səbəb onun Avropa Liqasının qrup mərhələsinin IV turunda "Sent Etyen"lə oyunda hakimə etiraz etdiyi üçün texniki zonadan kənarlaşdırılması olub. Qriqorçuk "Anderlext"lə görüşdə texniki zonada olmayacaq. Onu köməkçisi Sənan Qurbanov əvəz edəcək. 


Qeyd edək ki, noyabrın 24-də keçiriləcək "Qəbələ" - "Anderlext" matçı saat 20:00-da başlayacaq.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-uefa-quotqblquotni-ba-mqcisiz-qoydu-t54338.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR