Rusiya ilə Ukrayna arasında növbəti qalmaqal

Rusiya ilə Ukrayna arasında növbəti qalmaqal
00:39 22 Noyabr 2016
78 Digər
Ölkə mətbuatı
A- A+

Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları iki rusiyalı əsgəri saxlayaraq ölkədən çıxarıblar.

 

APA-nın xəbərinə görə, bu  barədə Rusiya Müdafiə nazirliyinin yaydığı açıqlamada bildirilir.

 

“Noyabrın 20-də Krımda Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən iki rusiyalı hərbi qulluqçu - gizir Maksim Odintsov və çavuş Aleksandr Baranov qeyri-qanuni olaraq saxlanılıb və Ukraynanın Nikolayevsk vilayətinə aparılıblar”,  məlumatda deyilir.

 

Məlumatda həmçinin qeyd olunur ki, xüsusi xidmət orqanları hərbçilərə qarşı uydurma cinayət işi açmaq niyyətindədirlər.

 

“112 Ukrayna” telekanalının xəbərinə görə, Ukrayna Təhlükəsizlik Xidməti "Çonqar" sərhəd keçid məntəqəsində saxlanılan hərbçilərin Krımın ilhaqından sonra Ukrayna ordusundan fərarilik edərək Rusiya tərəfinə keçdiklərini bildirib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR